Modern.az

Bjezinski Rusiya ilə gizli danışıq tərəfdarıdır

Bjezinski Rusiya ilə gizli danışıq tərəfdarıdır

Təhsil

21 May 2014, 22:46


Amerikalı politoloq, prezident Cimmi Karterin administrasiyasında milli təhlükəsizlik üzrə keçmiş müşavir Zbiqnev Bjezinski Ukrayna problemi ilə bağlı Qərin Rusiya ilə danışıqlar aparması ideyasını dəstəkləyib. Modern.az xəbər verir ki, Bjezinski bunu Fransanın “Ekspress” jurnalına müsahibəsində deyib: “Mən keçmişdə Finlandiya və Avstriya ilə bağlı problemin həllinə imkan verən razılaşma ilə nəticələnən gizli danışıqların Rusiya ilə aparılması təklifini irəli sürürəm”.

Ukraynanın gələcəyindən danışan politoloq qeyd edib ki, bu ölkə NATO-ya üzv olmamaqla öz gələcəyinə Avropa ölkəsi keyfiyyətində baxa bilər: “Ukraynanın Rusiyanın yaratmaq istədiyi Avrasiya İttifaqı ilə də iqtisadi əlaqələrini də dəstəkləmək olar”. Ukraynanın NATO-ya üzvlük ehtimalı ilə suala gəldikdə, Bjezinski deyib ki, bu ölkə əhalisinin böyük hissəsi bu təşkilata üzvlüyü arzulamır. Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı