Modern.az

Dünya çempionu öldürüldü

Dünya çempionu öldürüldü

Təhsil

31 May 2014, 12:42


Qondarma “Donetsk Xalq Respublikası”nın tərəfdarlarından olan kikboksinq üzrə dünya çempionu mayın 26-da Donetsk hava limanındakı döyüşdə məhv edilib. Modern.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bunu “Donbas Xalq Cəbhəsi”inin həmsədri Vladimir Roqov bildirib. Həmin günkü döyüşdə öldürülənlərin arasında Nikolay Leonovun da olduğu mayın 30-da üzə çıxıb. Onun meyiti dəfn olunmaq üçün Dnepropetrovska aparılıb.
Ukraynanın güc strukturları ilə terrorçular arasında qarşıdurma Donetskdə bu həftənin əvvəlindən başlayıb. Döyüşlərin intensiv xarakter aldığı Donetsk hava limanı ərazisində ölənlərin sayının 50 nəfərdən çox olduğu bildirilir. Qeyd edək ki, onların arasında çeçenlərin də olduğu təsdiqlənib.

Modern.az

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı