Modern.az

Suriyada prezident seçkilərinin qalibi bəlli oldu

Suriyada prezident seçkilərinin qalibi bəlli oldu

Təhsil

5 İyun 2014, 01:15


Suriyada keçirilən prezident seçkilərinin nəticələri bəlli olub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd seçicilərin 88.7 faizinin səsini toplayaraq növbəti dəfə dövlət başçısı seçilib.

Suriyanın SANA rəsmi xəbər agentliyinin məlumatına görə isə beynəlxalq müşahidəçilər seçkinin şəffaf keçdiyini  bildirib.   Qeyd edək ki, Suriyadakı prezident seçkilərində hazırkı prezident Bəşər Əsəd, Hələbdən olan solçu deputat, 45 yaşlı Mahir Abdul və sabiq nazir, iş adamı, 54 yaşlı Həsən ən-Nuri mübarizə aparıblar.  

Seçkiyə Rusiya, Uqanda, Zimbabve, Boliviya, Livan, İran, Flippin, Venesuela, Tacikistan müşahidəçi göndərmişdi. 

Modern.az


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı