Modern.az

AŞPA-nın gündəliyi AÇIQLANDI: İlham Əliyev çıxış edəcək

AŞPA-nın gündəliyi AÇIQLANDI: İlham Əliyev çıxış edəcək

Təhsil

5 İyun 2014, 21:35

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 23-27-də Strasburqda keçiriləcək yay sessiyasının gündəliyini elan edib. Modern.az bildirir ki, AŞPA-nın mətbuat xidmətinin məlumatına görə, gündəlikdəki məsələlər arasında iyunun 23-də Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı da var.

İyunun 25-də isə Azərbaycan prezidenti İlham Əliyev çıxış edəcək. Sessiya zamanı AŞ-nin yeni baş katibi seçiləcək, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri seçiləcək. Bundan başqa, sessiya iştirakçıları bir sıra ümumavropa problemlərini, o cümlədən miqrasiya, KİV və s. məsələləri müzakirə edəcəklər.

 

X. SƏFƏRLİ


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı