Modern.az

Respublika Fənn Olimpiadalarının final mərhələsi keçirilib

Respublika Fənn Olimpiadalarının final mərhələsi keçirilib

Təhsil

Bu gün, 12:04

18–19 aprel tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, eləcə də Naxçıvan Muxtar Respublikasında Respublika Fənn Olimpiadalarının final mərhələsi təşkil olunub.

Modern.az xəbər verir ki, Təhsil İnstitutunun məlumatına görə, final turu Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, biologiya, coğrafiya və tarix olmaqla altı fənni əhatə edib.

Olimpiadada yuxarı yaş qrupu üzrə (10–11-ci siniflər) 672, aşağı yaş qrupu üzrə isə (8–9-cu siniflər) 901 şagird iştirak edib. Beləliklə, altı fənn üzrə ümumilikdə 1573 nəfər şagird final mərhələsinə vəsiqə qazanaraq biliklərini sınayıb.

İki şagird əlavə köməkçi vasitələrdən istifadəyə cəhd etdiyinə görə imtahandan kənarlaşdırılıb və onların nəticələri ləğv olunub.

Fizika və biologiya fənləri üzrə iştirakçılar yalnız nəzəri biliklərini deyil, həm də praktiki bacarıqlarını nümayiş etdirmək imkanı əldə ediblər. Riyaziyyat fənni üzrə yarış isə beynəlxalq olimpiada formatına uyğun şəkildə iki gün ərzində keçirilib. İlkin qiymətləndirmə başa çatdıqdan sonra şagirdlər nəticələri ilə tanış ola, daha sonra isə koordinasiya prosesində iştirak edə bilərlər. Xatırladaq ki, kimya fənni üzrə final mərhələsinin 28 aprel, informatika fənni üzrə isə 1–2 may tarixlərində keçirilməsi nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV