Modern.az

Ermənilər Goranboy sakininin 10 iribuynuzlu heyvanını tələf ediblər

Ermənilər Goranboy sakininin 10 iribuynuzlu heyvanını tələf ediblər

Təhsil

2 İyul 2014, 15:55



Düşmən ordusunun açdığı atəş nəticəsində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yanğın baş verib. Modern.az saytı xəbər verir ki, Türkel TV-nin məlumatına görə, hadisə ötən gecə düşmən ordusunun açdığı atəş nəticəsində baş verib. Kənd sakini Münəvvər Nağıyevaya məxsus tövlədə 10-dan artıq iribuynuzlu heyvan tələf olub, minə yaxın ot bağlaması yanaraq külə dönüb. Sakinlərdən xəsarət alan olmayıb.
Atışma səhər saatlarına qədər davam edib. Düşmən cavab atəşi ilə susdurulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı