Modern.az

“Dəmiryol xəstəxanasındakı yoxlama barədə açıqlama veriləcək”

“Dəmiryol xəstəxanasındakı yoxlama barədə açıqlama veriləcək”

Təhsil

9 İyul 2014, 13:28



“Hesablama Palatası dövlətin ixtiyarında olan idarədir. Ona görə də tez-tez  yoxlamalar aparılır.  Hazırda bizim xəstəxanada da yoxlama aparılır”. Bunu Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, indi yoxlamaların nəticəsi barədə danışmaq tezdir: “Hesablama Palatası mətbuat vasitəsilə də  təsdiq edir ki, yoxlamalar davam edir.  Həm Hesablama Palatası, həm də Dəmiryol xəstəxanası indi yekun nəsə deyə bilməz. Nəticələrin qənaətbəxş olub-olmadığı haqqında yoxlamalar bitəndən sonra açıqlama veriləcək”.

Dəmiryol İdarəsinin özündə  aparılan yoxlamalara gəlincə, N.Əzməmmədov deyib: “Dəmiryol İdarəsinin özündə yoxlamalar hələ ki aparılmır. Gələcəkdə  belə yoxlamaların aparılacağı barədə nəsə deyə bilmərəm”.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!