Modern.az

İsrail və Həmas arasında atəşkəs razılığı əldə olundu

İsrail və Həmas arasında atəşkəs razılığı əldə olundu

Təhsil

1 Avqust 2014, 09:40

İsraillə Həmas Hərəkatı Qəzza bölgəsində atəşkəsin əldə olunmasına dair razılığa gəlib.

Modern.az saytı xəbər verir ki, bu barədə BMT baş katibi Pan Gi Mun və ABŞ dövlət katibi Con Kerrinin birgə yaydığı bəyanatda deyilir. Bəyanatda bildirilir ki, İsraillə Həmas 3 günlük atəşkəsə razılaşıblar. Razılaşmanın bu gündən qüvvəyə minəcəyi gözlənilir.  

Həmas da İsraillə anlaşma əldə edildiyini açıqlayıb.

Həmas rəsmisi Sami Əbu Zühri bildirib ki, ABŞ və BM-nin  vasitəçiliyi ilə İsraillə 72 saatlıq atəşkəsə dair razılıq əldə olunub. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı