Modern.az

Zakir Həsənov şəhidlərin və yaralanmış hərbçilərin mükafatlandırılması üçün göstəriş verib

Zakir Həsənov şəhidlərin və yaralanmış hərbçilərin mükafatlandırılması üçün göstəriş verib

Təhsil

1 Avqust 2014, 23:10

Döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş və yaralanmış hərbi qulluqçuların mükafatlara təqdim olunmaları üçün müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən müvafiq göstəriş verilib.

Modern.az-ın məlumatına görə, müdafiə nazirinin tapşırığına əsasən, yaralılara yüksək ixtisaslı tibbi yardım göstərilməsi üçün hərbi həkimlərdən ibarət mütəxəssis qrupu yaralıların müalicə olunduğu hərbi hospitala göndərilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bir daha şəhid olmuş hərbi qulluqçuların ailələrinə, valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir!

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı