Modern.az

Ərdoğan prezident kimi ilk xarici səfərini Azərbaycana edəcəyini açıqlayıb

Ərdoğan prezident kimi ilk xarici səfərini Azərbaycana edəcəyini açıqlayıb

Təhsil

15 Avqust 2014, 10:04


Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın bu postda ilk səfər edəcəyi ölkələr məlum olub.

APA-nın məlumatına görə, bunu Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının ildönümü münasibətilə keçirilən tədbirdə R. T. Ərdoğan özü açıqlayıb.

O, prezident postunda ilk səfərini Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə edəcəyini bildirib.

Qeyd edək ki, prezident İlham Əliyev prezident seçilməsi münasibətilə R. T. Ərdoğana göndərdiyi təbrik məktubunda onu Azərbaycana səfərə dəvət etmişdi.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı