Modern.az

ABŞ-dan İŞİD-ə yeni hava hücumu

ABŞ-dan İŞİD-ə yeni hava hücumu

Təhsil

15 Avqust 2014, 11:00


ABŞ ordusu Ərbilin şimal-şərqində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına məxsus bəzi hədəflərə yeni hava hücumları təşkil edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandirliyindən açıqlama verilib. Döyüş və pilotsuz hava təyyarələri ilə təşkil edilən hücumlarda İŞİD-ə aid iki zirehli texnika və “MRAP” adı verilən minaya davamlı iki vasitə məhv edilib.

Digər məlumata görə, İraq Kürd Regional Muxtariyyətinə bağlı qüvvələr Mosul şəhərində, İŞİD-in əlindəki Şükufə, Hasar və Kasruk qəsəbələrinə nəzarəti ələ keçirib. Bu əməliyyatdan sonra İŞİD yaraqlılarının ağır silahlarını qoyub Bartellenin mərkəzinə doğru qaçdığı deyilir.  

Rüfanə GÜNƏŞ

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı