
“Ümumiyyətlə, Leyla Yunus məsələsinə qarışmaq fikrim yoxdur”. Bunu Modern.az-a açıqlamasında tanınmış diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı deyib.
Onun sözlərinə görə, hüquq müdafiəçisi Leya Yunus həbs edildikdən sonra məsələ ilə bağlı Baş Prokurorluğa çağırılması haqda yayılan informasiya doğru deyil: “Bu məsələ mənim üçün əhəmiyyət kəsb etmir. Leyla Yunus həbs ediləndən sonra Baş Prokurorluğa da çağrılmamışam. Bu xəbərlər yalandır”.
Qeyd edək ki, hüquq müdafiəçisi Leya Yunus həbs edildikdən sonra Baş Prokurorluqda bir çox şəxslər dindirilib. Dindirilənlər arasında “El” hərəkatının sədri Eldar Namazov, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova, “Ayna”-“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, hərbi ekspert Üzeyir Cəfərov da var. Dindirilənlər arasında Şəmistan Əlizamanlının da olduğu deyilir.
1992-ci ildə Leyla Yunusun Şəmistan Əlizamanlını cəbhəyə sürgün etməsi haqqında fikirlər də səsləndirilir.
Namidə BİNGÖL