Milliyyətçi Hərəkat Partiyasının (MHP) konqresində Dövlət Baxçalıya rəqib olan Musavat Dervişoğlu “Bu gedişə son vermənin zamanı gəlmişdir. Problem qaynağında həll edilməlidir”, - deyib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyası (CHP) və MHP-nin prezidentliyə vahid namizədi Ekmeleddin İhsanoğlunun seçkidə ilk turda məğlub olması və İhsanoğluna verilən dəstəyin iki partiyanın 30 mart seçkilərindəki cəmi oyundan az olması ilə bağlı reaksiyalar davam edir.Məlumatda qeyd edilir ki, CHP-nin ardından MHP-də də partiya rəhbərliyinə qarşı sərt tənqidlər səslənməyə başlayıb. MHP-nin 2012-ci ildə keçirilən son konqresində Bağçalıya alternativ olan Ülkü Ocaqlarının keçmiş rəhbəri Musavat Dervişoğlu üst-üstə baş verən uğursuzluqlar nəticəsində MHP-nin fəaliyyət sahəsinin və nüfuzunun gedərək itirildiyini söyləyib:
“Başda Dövlət Baxçalı olmaqla partiya rəhbərliyini, gerçəkləri görməyə və vəzifələrini gərəyincə yerinə yetirməyə çağırıram. Bu səhv qərar və tətbiqlərdən sonra Ərdoğanın prezident seçilməsi heç kim tərəfindən sürpriz belə sayılmamışdır. Referendum və digər seçkilərin itirilməsində də bənzər situasiya vardır. Əsl kədərli olan yalnız seçki itirmək deyil, üst-üstə sərgilənən uğursuzluqlar üzündən MHP-nin fəaliyyət sahəsini və nüfuzunu itirməsidir”.
Modern.az