Modern.az

Yerdən tapdığı kağızları oxuyaraq böyüyən daşkəndli Davudoğlu – Bioqrafik etüd

Yerdən tapdığı kağızları oxuyaraq böyüyən daşkəndli Davudoğlu – Bioqrafik etüd

Təhsil

22 Avqust 2014, 10:30


Xarici işlər naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədrliyinə və baş nazirliyə namizəd Əhməd Davudoğlu  kimdir?

Modern.az sizi onun bilinməyən tərəfləri ilə tanış edir.  

4 yaşında anasını itirdi  

Xarici işlər naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədrliyinə və baş nazirliyə namizəd Əhməd Davudoğlu 1959-cu ildə Konyanın Toroslar zirvəsindəki Daşkənd mahalında dünyaya gəlib. 4 yaşındakı olanda anası Məmnunə xanım dünyasını dəyişir. Atası Mehmet Duran Davudoğlu ayaqqabı tikməklə məşğul idi. Anasının vəfatından sonra, atası yenidən evlənir və ögey anası Səfurə Davudoğlunu öz anası bilir. İlk həyat yoldaşını itirən Mehmet bəy ailəsini də götürüb İstanbula gəlir. Orta məktəbi Bahçəlievlerdə bitirir və İstanbul Kişi Liseyindən məzun olur. Daha sonra Boğaziçi Universiteti “İqtisadiyyat və İdarəetmə” fakültəsinin  “Siyasət elmi və iqtisadiyyatı” ixtisasından məzun olur. Boğaziçi Universitetinin “İctimai idarəetmə” ixtisası üzrə magistr, “Siyasət elmi və beynəlxalq əlaqələr”  ixtisası üzrə isə doktorluq dərəcəsi əldə edir.   Malayziya Beynəlxalq İslam Universitetində işə başlayan Davudoğlu universitetin siyasət elmi fakültəsini yaratdı və ona başçılıq etdi. Dosent adını aldı və  Marmara Universiteti beynəlxalq əlaqələr fakültəsində müəllim kimi fəaliyyətə başladı. Silahlı qüvvələr və hərb Akademiyasında dərs keçdi.  

Abdullah Gül ilə tanış oldu  

11-ci prezidenti Abdullah Gül ilə 1980-ci illərdə tanış olur və dostluqları irəliləyir. Abdullah Gülün 2002-ci ildə baş nazir olması ilə birlikdə,  Davudoğlu da baş nazirin müşaviri oldu. Gülün təklifi və prezident Əhməd Necdət Sezərin də razılığı ilə səfir olaraq fəaliyyətini davam etdirdi. Gülün baş nazirliyi Ərdoğana təhvil verməyindən sonra da vəzifəsində qaldı. 60-cı hökumətdə xarici işlər naziri təyin edildi. AKP-dən Konya millət vəkili olaraq seçildi. 61-ci hökumətdə yenidən xarici işlər naziri vəzifəsində qaldı.  

Ailə həyatı   Əhməd Davudoğlu 1984-cü ildə “Qadın xəstəlikləri və doğum mütəxəssisi olan Sarə Davudoğlu ilə evləndi. Onların Səfurə, Meymunə, Həcər Bike və Mehmet adında dörd övladı var.  

Bacısı danışır : “Əhməd siyasətçi olmaq istəmirdi”  

Ayşə Çalık qardaşı Əhməd Davudoğlunun siyasəti heç düşünmədiyini deyir: “Onun tək məqsədi və istədiyi çox yaxşı bir müəllim olmaq idi. Həmişə tələbələri ilə birlikdə olmaq istəyirdi. Bu Allahın qismətidir. Nazir olanda cəmi bir və ya iki saat yatırdı. Artıq baş nazir olandan sonra ümumiyyətlə yuxu nədir bilməz”.  

Davudoğlu baş nazirliyə namizəd olduqdan sonra doğulduğu  Daşkənddə atəşfəşanlıq edildi. Həmin tədbirə qatılan bibisi Nilufər Özləm anası vəfat etdikdən sonra bir il Davudoğluna baxdığını da dedi.  Bibisi deyir ki, İstanbula köçənə qədər ona biz baxmışıq: “Atası ikinci dəfə evlənəndən sonra Əhmədi də özü ilə İstanbula apardı. Əhmədin üç bacısı daha dünyaya gəldi. Qardaşım oğlu çox oxuyan bir uşaq idi. Yerdə tapdığı qəzet və kağız parçaların da götürüb oxuyardı”.  

Rüfanə GÜNƏŞ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı