Modern.az

Orduya yardım edən 10 yaşlı oğlan: “Puluma əsgərlərə zirehli gödəkcə alın!”

Orduya yardım edən 10 yaşlı oğlan: “Puluma əsgərlərə zirehli gödəkcə alın!”

Təhsil

22 Avqust 2014, 11:23


Lvovda yaşayan 10 yaşlı Taras Krotko Ukrayna ordusuna 1300 qrivna yardım edib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, pulu planşet almaq üçün yığıb, amma sonra zirehli gödəkcə alınması üçün orduya bağışlayıb. Taras pulu terror əleyhinə əməliyyatlarda iştirak edən döyüşçülərə yardım kampaniyası təşkil edən yerli radiostansiyanın studiyasına gətirib.

Oğlan yazdığı məktubunda qeyd edib ki, 1300 qrivnanı qohumları ad günündə hədiyyə ediblər, o isə Ukrayna hərbçiləri üçün zirehli gödəkcə alınması üçün verməyi qərara alıb. Taras deyib ki, pula planşet almaq istəyib:

“Düşündüm ki, mən planşetsiz də keçinə bilərəm, amma hərbçilərimizə zirehli gödəkcə lazımdır, bu gödəkcələr olmasa onlar ölə bilərlər”.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı