“Azərbaycandan kənarda baş verən hadisələrin bizim iqtisadiyyata heç bir mənfi təsiri olmur”. Bunu Modern.az-a Ukraynada baş verən hadisələrin Azərbaycan iqtisadiyyata təsirindən danışarkən İqtisadi İnkişaf Nazirliyinin mətbuat katibi Abbas Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqil siyasət yeridir: “İqtisadi sahədə də bu müstəqillik var. Kənarda baş verən hadisələr iqtisadiyyatımıza təsir göstərmir”.Qeyd edək ki, hazırda Ukraynada vəziyyət gərgin olaraq qalır. Rusiya bəzi vilayətləri özünə tabe etməyə çalışır.
Rusiyanın dəstək verdiyi separatçılar Ukraynanın Donetsk və Luqansk ərazilərini nəzarətə alıb. Mübarizə davam edir.
Məltəm Talıbzadə