Modern.az

“Ramil Usubova rəsmi müraciət edilməsi üçün sabahı gözləməliyik” – “Oda” teatrının rəhbəri

“Ramil Usubova rəsmi müraciət edilməsi üçün sabahı gözləməliyik” – “Oda” teatrının rəhbəri

Təhsil

22 Avqust 2014, 12:05


“Daxili işlər naziri Ramil Usubova müraciətimizdən sonra ciddi bir tədbir görülməyib. Sadəcə, Nəsimi Rayon Polis İdarəsindən telefonla şifahi bildiriblər ki, həftənin 6-cı günü teatrda göstəriləcək tamaşa zamanı məkanı mühafizə edə bilərik. Ancaq ondan sonrakı vaxtlarda, yəni ümumən mühafizə istəyirsinizsə, bunun üçün Daxili İşlər Nazirliyinin nəzdindəki ödənişli mühafizə bürosuna müraciət edib daimi mühafizə ala bilərsiniz”.

Bunu Modern.az-a açıqlamasında “Oda” Müstəqil Teatrının rəhbəri Elmin Bədəlov deyib. “Gözləyək, görək sabahkı tamaşada mühafizə olacaq, yoxsa olmayacaq. Növbəti addımları tamaşadan sonra qərar verərik. Əgər sakitlik olarsa, çalışacağıq ki, nazirə rəsmi qaydada müraciət etməyək”.

Qeyd edək ki, avqustun 6-da “Oda” teatrında teatrın göstərilən “Suicide” (“İntihar”) tamaşası zamanı binanın qarşısında qalmaqal yaşanıb, bir qrup şəxs teatra hücum etmək istəyib. Teatr rəhbəri E. Bədəlov media vasitəsi ilə insidentlə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib.  

Misranə Həsənzadə

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı