Modern.az

Dövlət Komitəsi Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı ilə bağlı tədbir keçirib

Dövlət Komitəsi Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı ilə bağlı tədbir keçirib

Təhsil

22 Avqust 2014, 11:35

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı” mövzusunda tədbir keçirib.

AzərTAc xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabineti Aparatının nümayəndələri, Milli Məclisin deputatları, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları, komitənin əməkdaşları iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərlə göstərdiyi qayğıdan bəhs edən fotosərgiyə baxıblar. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək Fondun yaranması, fəaliyyəti, gördüyü işlər barədə danışıb. Sonra Heydər Əliyev Fondunun fəaliyyəti haqqında film nümayiş etdirilib.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı