“Forbes” jurnalı Rusiyanın ən zəngin 30 qadınının siyahısını açıqlayıb. Modern.az xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ən zənginlər siyahısında Moskva şəhərinin keçmiş meri Yuri Lujkovun həyat yoldaşı Yelena Baturina 1 milyard dollarlıq sərvəti ilə bu il də yenə ilk sırada yer alıb. Yelena Baturinanın keçən il 1,1 milyard dollar olan sərvətinin azalması diqqət çəkib.
Uşaq qidası və mineral su istehsalı sahələrində fəaliyyət göstərən “Progress” şirkətinin sahibi Olga Belyavtseva 450 milyon dollarlıq sərvəti ilə ikinci sıradadır. “Wildberries” adlı internet mağazasının sahibi Dadana Bakalçuk 380 milyon dollarlıq sərvəti ilə ən zəngin 3-cü biznesmen qadın olub.“Sodrujestva” holdinqin ortağı Natalya Lutsenko (325 milyon dollar), “Bahetle” marketlərinin sahibi Muslima Latıpova (315 milyon dollar), “Rusagro” şirkətini sahibi Natalya Bıkovskaya (270 milyon dollar), “Taif” şirkətinin baş direktorunun köməkçisi Guzeliya Safına (265 milyon dollar) ön sıralarda yer alırlar.
Kasperski laboratoriyası qurucu ortağı Natalya Kasperskaya (230 milyon dollar), “Primorye” bankının sahibi Larisa Belobrova (220 milyon dollar), “Lukoil” neft şirkəti prezidentinin köməkçisi Lyubov Hoba (180 milyon dollar) və digər iş qadınları Rusiyanın ən zəngin iş qadınları arasındadırlar.
Modern.az