Modern.az

Gözə dəyməyən şairlər - Onlar haradadırlar?

Gözə dəyməyən şairlər - Onlar haradadırlar?

Təhsil

22 Avqust 2014, 14:19

 

Elə ədəbiyyat nümayəndələri var ki, onlar uzun müddət həm media gündəmində,  həm də ictimaiyyət arasında olmaqla bir çox həmkarlarından bu mənada fərqlənirlər. Lakin bu gün həmin insanlar demək olar ki, ümumiyyətlə gözə dəymirlər. Nə mətbuat səhifəkərində nə də xalq arasında o şəxsləri təəssüflər olsun ki gözə dəymir. Modern.az saytı bu yazıda onlarla əlaqə yaradıb bu günkü durumları barədə məlumat toplamağa çalışdı:

Vaxtilə uzun müddət dövlət televiziyasında, daha sonra isə Xəzər tv-də şeir və söz haqqında proqramlar müəllifi olan, ana dilinin mahir bilicilərindən olan şair Məmməd Aslan  hazırda Zaqatala rayonunda dincəlir. Özünün də dediyi kimi bu şəhərdən baş götürüb qaçdım: Başımı götürüb qaçdım . İndi Zaqataladayam.hiss edirəm yetmiş yaşdan sonra daha məhsuldar olmuşam. İndi də burda “Şair səlahiyyəti” adlı bir kitab hazırlayıram. Əvvəlki şeirlərimdən də bu kitabda olacaq. Siz də sağ olun ki,  yada salırsınız, soruşursunuz. “  

Orijinal Azərbaycan poeziyasının yaradıcılarından olan Vaqif Bayatlı Odər də çoxdandır ki, gözdən iraqda qalıb. Şair əlaqə saxladığımız  səhhətinin yaxşı olmadığını elə öz dilindən eşitdik: "Çox pis vəziyyətdəyəm. Bu da yəqin istilərlə əlaqədardır. Ürəyimə də pis təsir edir".

Vaqif Bayatlının bu sözlərindən sonra səhhəti səbəbindən bu gün hamıdan kənarda olan şair Vaqif Səmədoğlu ilə əlaqə saxlamağa çalışdıq. Həyat yoldaşı Nüşabə xanım zəngə cavab verərək şairin hazırki vəziyyəti barədə danışdı: "Vaqif müəllimin vəziyyəti ortadır. İstilərə görə müalicəsi müvəqqəti olaraq dayandırlıb”.  

Səhhətindən əziyyət çəkən başqa bir xalq şairi Zəlimxan Yaqubla əlaqə saxlamağa çalışsaq da bu cəhdimiz alınmadı. Böyrək çatışmazlığından əziyyət çəkən xalq şairinin hazırda Almaniyada müalicəsini davam etdirdiyi bilinir.  

Elmin Nuri        

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı