Modern.az

Yunanıstan “erməni soyqırımını” inkar edənləri cəzalandırmaq fikrindədir

Yunanıstan “erməni soyqırımını” inkar edənləri cəzalandırmaq fikrindədir

Təhsil

22 Avqust 2014, 16:15


Yunanıstanın ədliyyə naziri Haralambos Athanasiu “İrqçilik Əleyhinə” adlı qanun layihəsinə uydurma erməni “soyqırımı” ilə bağlı maddənin salınacağını bildirib. Modern.az saytı erməni mətbuatına istinadən xəbər verir ki, maddədə “erməni soyqırımı”nı inkar edənlərə cəza nəzərdə tutulacaq.

“Yunanıstan parlamentinin tanıdığı soyıqırımların pis niyyətlə inkarı və təhqir olunması cinayət hesab olunacaq”, - deyə ədliyyə naziri söyləyib.

Qeyd edək ki, sözügedən qanun layihəsi Yunanıstan parlamentinin  avqust ayının 26-27-də keçiriləcək iclaslarında müzakirə olunacaq və səsə qoyulacaq.   

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı