Modern.az

Həbsxananı ələ keçirən terrorçular məhbusları edamla hədələyirlər

Həbsxananı ələ keçirən terrorçular məhbusları edamla hədələyirlər

Təhsil

22 Avqust 2014, 16:24


Rusiya tərəfdarları olan terrorçular Donetskdə istintaq təcridxanasını ələ keçirərək işçilərdən və həbs olunanlardan silahlı qruplaşmalara qoşulmağı tələb edirlər.

Modern.az-ın Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, bu haqda ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat mərkəzinin nümayəndəsi Andrey Lısenko bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, terrorçular tələbləri yerinə yetirilməzsə ömürlük həbs olunanları edam edəcəkləri, qalanları isə silahlı dəstələrə səfərbər edəcəkləri ilə hədələyirlər:

“Ancaq məhkumlar terrorçuların sıralarına qoşulmaqdan imtina edərək həbsxanada qalmağa üstünlük veriblər”.  

Modern.az 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...