“Hazırda Azərbaycandayam, işlə bağlı harasa müraciət etmişəm”. Bunu Modern.az-a Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun qızı Adolat Aznaurova deyib. O bildirib ki, dünən təhsil aldığı Odlar Yurdu Universitetində olub. “Universitetdə oldum. Arayış aldım. Sənədlərimi toplayıram. Hələlik Azərbaycandayam, yaxın vaxtlarda xaricə getməyi düşünmürəm”.
Xatırladaq ki, bir müddət öncə Milli Qəhrəman qızının təhsilhaqqını (2000 AZN) ödəmədiyi üçün dövlət imtahanına buraxılmaması ölkə ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmamışdı.
Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az-ın rəhbəri Elşad Eyvazlı təşəbbüslə çıxış edərək, Odlar Yurdu Universitetinin rektoru, deputat Əhməd Vəliyevdən Milli Qəhrəman qızının probleminin həllinə yardım göstərməyi xahiş etmişdi. Rektor təşəbbüsü dəstəkləyərək Adolat Aznaurovanı və Elşad Eyvazlını universitetə dəvət etmiş və məsələ həllini tapmışdı.
Əvvəllər isə A. Aznauraova ölkəni tərk edərək xaricə getmək fikrində olduğunu bildirmişdi.
Məltəm Talıbzadə