Sentyabrın 18-də Şotlandiyada müstəqiklliklə bağlı keçirilən referendumun rəsmi nəticələri açıqlanıb. Modern.az xarici mətbuata istinadən bildirir ki, rəsmi məlumatlara görə Şotlandiya əhalisinin 54,3 faizi (1 milyon 397 min 77 nəfər) Böyük Britaniyanın tərkibində qalmağa səs verib.
Müstəqillik tərəfdarları isə 45,7 faiz (1 milyon 176 min 952 nəfər) səs toplayıb. Artıq referendumun təşəbbüskarı olan Şotlandiya Milli Partiyasının sədr müavini Nikola Sterdjen Şotlandiyanın müstəqillik əleyhdarlarının referendumda qalib gəldiyini etiraf edib. Ölkənin Edinburq və Seltik kimi iri şəhərlərində Britaniya tərəfdarları küçələrə çıxaraq nəticələri bayram edirlər. 5 şəhərin seçki məlumatları hələ hesablanmasa da, artıq bunun ümumi nəticəyə təsir etməyəcəyi bildirilir.
Xatırladaq ki, Şotlandiya 1707-ci ildən Böyük Britaniya imperiyasının tərkibindədir.Vüqar İsmayılov