
Bir neçə ay əvvəl Ermənistanın ən böyük hidroelektrik stansiyalarından biri – Vorotam kaskadı ABŞ-ın “Kontur Qlobal” şirkətinə 180 milyon dollara satılıb. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, əslində stansiya öz bazar qiymətlərindən dəfələrlə aşağı qiymətə satılıb. Məsələyə toxunan “Çorrord işxanutyun” qəzeti keçmiş baş nazir Tiqran Sərksiyanın zamanında reallaşan satışın böyük qalmaqal yaradacağına işarə edib.
“Söhbət yalnız kaskadın aşağı qiymətə satılmasından getmir. Bundan başqa, su anbarının satışı da çox kobud qanun pozuntuları ilə həyata keçirilib. Bu da azmış kimi, deputatların bundan xəbəri olmayıb. Bizə məlum olub ki, Ovik Abramyan hökuməti hələ tam reallaşmamış sazişin bəzi şərtlərini dəyişməyi planlaşdırır. Ola bilsin ki, saziş ümumiyyətlə, ləğv olunsun. Onda bir sual yaranır – müqavilənin reallaşması üçün ödənilən “otkat”ı kim ödəyəcək. Məlumatımıza görə, bütün bunlar Saakaşvilinin ətrafında növbəti qalmaqal yaradacaq”.
Xatırladaq ki, keçmiş baş nazir Tiqran Sərkisyan hazırda Ermənistanın ABŞ-da səfiridir.
Modern.az