Modern.az

Bakı Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək 13 şəhərdən biri seçildi - SİYAHI

Bakı Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək 13 şəhərdən biri seçildi - SİYAHI

Təhsil

19 Sentyabr 2014, 16:30

Sentyabrın 19-da İsveçrənin Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Modern.az saytı xəbər verir ki, iclasda 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatına ev sahibliyi edəcək şəhərlərin siyahısı müəyyənləşib. Bunlar aşağıdakı şəhərlərdir:

Bakı (Azərbaycan), Brüssel (Belçika), Kopenhagen (Danimarka), London (İngiltərə), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Dublin (İrlandiya), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya).

Beləliklə də Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək 13 şəhər sırasına Bakı da seçilib.

Bu, o deməkdir ki, Avropa Çempionatının oyunları ilk dəfə olaraq Avropanın 13 şəhərində keçiriləcək. Yarımfinal və final oyunları İngiltərə paytaxtı Londonda baş tutacaq. Bu, iclasdakı səsvermələrdən sonra müəyyənləşib.

Qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin 1 oyununu qəbul etmək şansını Münhen, Sankt-Peterburq, Roma və Bakı şəhəri qazanıb.

Qrup mərhələsinin 3 və 1/8 final mərhələsinin 1 oyununu Kopenhagen, Buxarest, Amsterdam, Dublin, Bilbao, Budapeşt, Brüssel və Qlazqo şəhərləri qəbul edəcək.

Tədbirdə Azərbaycanı AFFA prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi