Modern.az

Ərdoğan diplomatlarını necə azad etdiklərini AÇIQLADI

Ərdoğan diplomatlarını necə azad etdiklərini AÇIQLADI

Təhsil

20 Sentyabr 2014, 12:50

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD girovluğunda olan diplomatların necə azad olunduğunu açıqlayıb.

 

Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident onların azad olunmasının detalları ilə bağlı yazılı bəyanat verib.

O bildirib ki, İraqda İŞİD-ə girov düşən Türkiyənin Mosuldakı baş konsulu, onun ailəsi və adıçəkilən diplomatik korpusun digər əməkdaşları xüsusi əməliyyatla azad olunub.

 

Onun sözlərinə görə, Türkiyə kəşfiyyatı əvvəldən planlaşdırılan məxfi əməliyyatları həyata keçirib:

“Milli İstihbarat Təşkilatı diplomatlar girov düşəndən bu günə qədər prosesləri çox həssas, səbirlə izlədi. Daha sonra uğurlu xilasetmə əməliyyatı reallaşdırdı. Öncədən planlaşdırılan, bütün detalları nəzərə alınan və bu gecə saatlarında tam məxfi şəraitdə keçirilən əməliyyatda 49 vətəndaşımız azad olundu. Bu əməliyyata görə cənab baş nazir və onun komandasına təşəkkür edirəm”.

Qeyd edək ki, iyun ayının ikinci on günlüyündə İŞİD Türkiyə diplomatlarını girov götürmüşdü.

 

Aqşin Kərimov  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı