Modern.az

Erməni hərbçilər qəzaya düşdü - 1 kapitan öldü, 2 leytenant və 6 əsgər yaralandı

Erməni hərbçilər qəzaya düşdü - 1 kapitan öldü, 2 leytenant və 6 əsgər yaralandı

Təhsil

20 Sentyabr 2014, 15:06

Ermənistanın Tavuş vilayətində hərbçiləri daşıyan “QAZ 66” markalı maşın dərəyə yuvarlanıb. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, Azərbaycanın Tovuz rayonu ilə həmsərhəd olan Berd rayonun Akvaberd kəndində baş verən qəza nəticəsində Ermənistan ordusunun kapitanı Pavlik Manukyan aldığı xəsarətlərdən yerindəcə keçirib. Aralarında 2 leytenantın olduğu 8 hərbçi isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Berd rayon xəstəxanasına yerləşdiriliblər.
Hərbçilərin vəziyyəti ağır olduğu üçün ölənlərin sayının artacağı istisna olunmur.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı