Modern.az

İlham Əliyev Putinlə görüşəcək

İlham Əliyev Putinlə görüşəcək

Təhsil

22 Sentyabr 2014, 13:48

Sentyabr ayının 29-da Həştərxanda keçiriləcək Xəzəryanı dövlət başçılarının dördüncü sammitində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. Modern.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Rusiyanın dövlət başçısı Vladimir Putinin dəvəti ilə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan prezidentləri sammitdə iştirak edəcəklər.

Məlumata görə, prezidentlərin görüşündə Xəzəryanı ölkələrin qarşılıqlı təsirləri mövzusu müzakirə ediləcək. Bununla yanaşı, 2010-cu ildə Bakıda keçirilən əvvəlki sammitdə qəbul edilmiş qərarlarının reallaşdırılması istiqamətindəki mövzulara da toxunulacaq.

Tədbirdə çoxtərəfli sənədlərin imzalanması da planlaşdırılır. Verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putinin həmkarları ilə ikitərəfli görüşü də nəzərdə tutulub.

Aqşin Kərimov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı