Modern.az

29 sentyabrın hava PROQNOZU

29 sentyabrın hava PROQNOZU

Təhsil

28 Sentyabr 2014, 19:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gündüz saatlarında yağış yağacağı gözlənilir. Cənub küləyi 10-15 m/s, arabir 18 m/s, səhər şimal-qərb küləyinin 18-23 m/s, gündüz arabir 25-30 m/s-dək güclənəcəyi, bəzi ərazilərdə 34 m/s-dək şiddətlənəcəyi ehtimalı var.
Havanın temperaturunun gecə 17-19° isti, günün birinci yarısında 20-23°, axşama doğru 17°-dək isti, Bakıda gecə 17-19° isti, günün birinci yarısında 20-22°, axşama doğru 17°-dək isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında - şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 9-14° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında - arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olma ehtimalı var. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə 25-30 m/s-dək güclənəcək. Temperaturun gecə 3-8° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında - şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə leysan xarakterli olma ehtimalı var. Qərb küləyinin 5-10 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə 29-34 m/s-dək şiddətlənəcəyi ehtimalı var.
Havanın temperaturunun gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında - arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyinin 5-10 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə 29-34 m/s-dək şiddətlənəcəyi ehtimalı var.
Havanın temperaturunun gecə 7-12° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,  Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında - əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Axşam leysan xarakterli olma ehtimalı var. Qərb küləyinin 5-10 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi, gündüz ayrı-ayrı yerlərdə 29-34 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında - arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Gündüz şimal-şərq küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 16-19° isti, gündüz 20-24° isti, dağlarda gecə 7-12° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı