Modern.az

Azərbaycanda qayayadırmanma yarışı başa çatdı

Azərbaycanda qayayadırmanma yarışı başa çatdı

Təhsil

6 Oktyabr 2014, 14:19

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən Beşbarmaq dağında təbii qayalarda keçirilən Qayayadırmanma üzrə Açıq Respublika Çempionatı başa çatıb.

 

 

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Mətbuat Xidmətindən Modern.az saytına verilən məlumata görə, 80-nə yaxın idmançının iştirak etdiyi çempionat kişilər və qadınlar arasında 3 mərhələdə (təsnifat, yarımfinal, final) keçirilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qızğın mübarizə aparıblar.

 Yarışın sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub. Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hər il mütəmadi olaraq keçirilən çempionat idmançıların daha çox təcrübə toplamasına, yarış texnikalarının təkmilləşməsinə səbəb olmaqla yanaşı, digər gənclərdə də bu yarış növünə böyük maraq yaradır.  

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı