Modern.az

Azərbaycanda rayonlara qar yağır

Azərbaycanda rayonlara qar yağır

Təhsil

7 Oktyabr 2014, 09:35

Azərbaycanın şimal bölgəsində yaşayış məntəqələrinə ilk qar yağıb.

 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yağıntı əsasən Quba və Qusar rayonları ərazisinə düşüb.

Qubanın Xınalıq, Qırız, Əlik, Qırız dəhnə, Qusarın Ləzə, Sudur və s. kəndlərində yaşayış məntəqələrinə qar oturub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Xınalığa 10, Qırız kəndə 2 sm qar düşüb.

Qeyd edək ki, hazırda bölgəyə qar yağıntısı davam edir.
Bundan öncə isə Qax və Qəbələnin dağlarına qar yağmışdı.   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya şəhərlərinə dəhşətli hücum - Şok görüntülər