Modern.az

8 oktyabrın HAVA PROQNOZU

8 oktyabrın HAVA PROQNOZU

Təhsil

7 Oktyabr 2014, 20:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 10-15 m/s, gündüz şərq küləyi 7-12 m/s olacaq. Temperaturunun Bakıda gecə 12-14°, gündüz 15-17° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında - gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi 5-10 m/s olacaq. Temperatur gecə 6-11°, gündüz 15-20° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında - a
rabir yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimal olunur.
Səhər ayrı-ayrı yerlərdə qərb küləyi 5-10 m/s, arabir güclənəcək, gündüz şərq küləyi 5-10 m/s-də çatacaq. Temperaturun gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında - bəzi yerlərdə yağış yağacaq, gündüz isə tədricən kəsiləcəyi ehtimal edilir.
Qərb küləyi 5-10 m/s, arabir güclənəcək, gündüz şərq küləyinin 5-10 m/s olacaq.
Gecə 7-12° , gündüz 14-19° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında - arabir yağış yağacağı, gecə bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Gündüz şərq küləyi 5-10 m/s çatacaq.
Temperaturun gecə 5-10°, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında - yağış yağacağı, gecə bəzi yerlərdə intensivləşəcəyi ehtimal edilir. Gündüz yağış tədricən kəsiləcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacaq gözlənilir.
Qərb küləyi 5-10 m/s, gecə və səhər arabir güclənəcək, gündüz şərq küləyi 7-12 m/s-dək artacaq. Temperaturun gecə 9-14°, gündüz 15-20° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında - arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaqdır. Şimal-şərq küləyi 5-10 m/s, gecə arabir güclənəcək.
Temperaturun gecə 10-14°, gündüz 14-19° isti, dağlarda gecə 5-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı