
Qurban Bayramına hədiyyə olaraq Park Cinema şəkəbəsi “Bu Şəhərdə” yumoristik cütlüyünün yeni “Qızıl-Gül” adlı şousunu nümayiş edir. Populyar Azərbaycan komikləri Rafael və Coşqunun konserti bu ilin yazında Heydər Əliyev adına Sarayda baş tutmuşdu. Lakin konsert heç bir televiziya kanalında və ya kinoteatrda nümayiş etdirilməmişdi.
Park Cinema bayram günlərindən başlayaraq “Bu Şəhərdə” konsertlərinin nümayiş hüququna malik olan yeganə kinoteatr kimi tamaşaçılara eksklüziv nümayiş təklif edir. Mart ayında konsertə müəyyən səbəblərdən gələ bilməyənlər onu kinoteatrda seyr edə bilər.
Dostlarla, qohumlarla və sevimli komediantlarla əla bayram əhval-ruhiyyəsini əldə edin!
Ölkədə ilk yeni nəsl kinoteatrlar şəbəkəsi Park Cinema öz fəaliyyətini 16 oktyabr 2010-cu ildə başlayıb. Hal-hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Bu yaxınlarda Zaqulbada və Flame Towers-da Azərbaycanda çoxdan gözlənilən ilk IMAX formatında multipleks kinoteatrlarının açılışı baş tutacaq. Şəbəkənin kinoteatrlarında ən qabaqcıl texnologiyalar istifadə olunur, kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərin avadanlıqları quraşdırılıb. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən əldə etmək olar.
F.Sabirqızı