“İlham Mirzəyevin vəziyyəti yaxşı deyil. Elə buna görə də hələ də cəzaçəkmə müəssisəsinin tibb məntəqəsindədir. Qan təzyiqi, əsəb sistemində problemlər var”. Bu barədə Modern.az-a teleaparıcının vəkili Xanlar Bayramzadə məlumat verib.
O deyib ki, hazırda məhkəmə qərarı ilə bağlı apellyasiya şikayəti hazırlanır. “Yaxın günlərdə apellyasiya şikayəti veriləcək”.Qeyd edək ki, İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci maddəsilə ittiham olunaraq 4 il 6 ay cəza alıb.
Gülşən RAUFQIZI