Modern.az

Gürcüstan prezidentinin Putinlə görüşünə imkan verilmədi

Gürcüstan prezidentinin Putinlə görüşünə imkan verilmədi

Təhsil

20 Oktyabr 2014, 13:44


Gürcüstan prezidentinin keçmiş məsləhətçisi Vano Maçavariani iddia edir ki, Prezident Administrasiyası dövlət başçısı Georgi Marqvelaşvilinin Rusiya Prezidenti Vladimir Putinlə görüşünə hazırlıq gedib. Onun sözlərinə görə, hökumətin qərarı ilə görüş ləğv olunub:

“Biz həqiqətən bu istiqamətdə işləmişik ki, görüş xətrinə görüş olmasın. Bu görüş bizim partnyorlarımızın iştirakı ilə olmalı idi. Hökumətin istəmədiyi səbəbindən  Marqvelaşvili-Putin görüşü baş tutmadı.

Modern.az xəbər verir ki, Maçavariani bunu Gürcüstanın “Kbiris palitra” qəzetinə müsahibəsində deyib. Onun fikrincə, Rusiya və Gürcüstan əlaqələrinin indiki gərgin vəziyyətində prezidentlərin görüşünü təşkil etmək çətin olacaq.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı