“Peşmərgə dəstələrinin Kobaniyə keçməsinə kömək edirik”. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Tunisli həmkarı Monqi Həmdi ilə birgə keçirdiyi mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, Kobanidən qaçıb gələnlərin geri qayıdıb əmin-amanlıq içində yaşamağını istəyirik:
“Koalisiya ilə məkdaşlıq içindəyik. Kobaniyə göndərilən yardımlar yerinə çatdırılıb. Amma PYD əməllərini davam etdirdikcə Azad Suriya Ordusunun və Türkiyənin dəstəyini ala bilməz”.
Qeyd edək ki, Suriyadan Türkiyəyə İŞİD təhlükəsindən qaçaraq xeyli sayda kürd gəlmişdi.
Rüfanə GÜNƏŞ