Modern.az

Azərbaycandakı internat evlərində 10 minə yaxın uşaq var

Azərbaycandakı internat evlərində 10 minə yaxın uşaq var

Təhsil

25 Oktyabr 2014, 11:56



Dövlət Statistika Komitəsi Azərbaycandakı internat məktəblərlə bağlı statistikanı açıqlayıb.

Komitədən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan internat məktəblərinin sayı 45, orda təhsil və tərbiyə alan uşaqların sayı isə 9356 nəfərdir.

Məlumatda qeyd edilir ki, 4 körpələr evində 163 uşaq, 6 uşaq evində isə 509 nəfər uşaq tərbiyə alır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərinin sayı 12, oradakı uşaqların sayı isə 2653-dür.

Əqli cəhətdən geri qalan uşaqlar üçün internat evlərinin sayı 2, tərbiyə alan uşaqların sayı isə 297 nəfərdir.
 Ümumi təhsil internat məktəblərinin sayı 21, uşaqların sayı isə 5734 nəfərdir.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı