Amerika Birləşmiş Ştatlarının Vaşinqton ştatında məktəbdə silahlı atışma olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Sittle şəhərindəki liseylərdən birinin şagirdi Caylen Frayberq məktəbin bufetində üstündəki tapança ilə beş şagirdi başından vurub. Daha sonra isə intihar edib. Silahlı hücumda Flayberqdlə birlikdə bir şagirddə həyatını itirib və dördü ağır yaralanıb.
Silahlı hücumun niyə baş verməsi barədə açıqlama verilməyib.Qeyd edək ki, bu cür hallar ABŞ məktəblərində tez-tez olur.
Rüfanə GÜNƏŞ