Modern.az

Şeyx Rusiyaya gedəcək

Şeyx Rusiyaya gedəcək

Təhsil

29 Oktyabr 2014, 17:12


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 30-da Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasına səfərə yola düşür.

Modern.az xəbər verir ki,  səfərdə məqsəd Nalçik şəhərində keçiriləcək “Ənənəvi dinlər: mötədilliyə və mehriban qonşuluğa çağırış” mövzusunda Beynəlxalq elmi konfransda iştirak etməkdir. 

Kabarda-Balkar Respublikasının Ruhani İdarəsinin Qafqaz Müsəlmanları İdarəsinin himayəsi ilə keçirdiyi Konfransın işində dünya miqyasında tanınmış müsəlman din xadimləri, islam təhsil müəssisələrinin rektorları, nüfuzli ictimai xadimlər iştirak edəcəklər. QMİ sədri konfransda məruzə ilə çıxış edəcək.  

Modern.az      

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı