Modern.az

“Qarabağ”ın rəqibi “Borussiya” erməniləri işğalçı adlandırıb

“Qarabağ”ın rəqibi “Borussiya” erməniləri işğalçı adlandırıb

Təhsil

6 Avqust 2010, 19:39

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi “Borussiya”nın rəsmi saytı komandamıza geniş yer ayırıb. Almanlar 1993-cü ildə ermənilərin Ağdamı işğal etməsi səbəbindən “Qarabağ”ın Bakıda, Xəzər dənizi sahilində məskunlaşdığını qeyd ediblər. Bu barədə supersport.az saytı məlumat yayıb.

“BVB pley-off üçün Xəzər dənizinə gedir” başlıqlı yazıda Azərbaycan təmsilçisi ilə ehtiyatlı olmağın vacibliyi vurğulanıb: “Borussiya” qrup mərhələsinə adlamaq üçün UEFA-nın əmsallar cədvəlində 2.599 xala malik Azərbaycanın “Qarabağ” klubu ilə münasibətləri aydınlaşdırmalıdır. Ancaq ehtiyatlı olmaq lazımdır. “Qarabağ” 3-cü mərhələdə Polşa “Visla”sını 1:0 və 3-1 (əslində 3:2-red), bundan əvvəl isə Şimali İrlandiya “Portadaun”unu (2:1, 1:1) və Makedoniya "Metallurq”unu (4:1, 1:1) sıradan çıxarıb".

“Borussiya”nın avqustun 19-da “İduna Park” satdionunda “Qarabağ”ı qəbul edəcəyi haqda məlumat verilib. Cavab oyununun isə bir həftə sonra Xəzər dənizi sahilində keçiriləcəyi öz əksini tapıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı