Prezident İlham Əliyev avqustun 6-da “Bakı Sağlamlıq Mərkəzi”nin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Bakı şəhərində müasir çoxprofilli klinika - Səhiyyə Nazirliyinin “Bakı Sağlamlıq Mərkəzi” yaradılacaq. “Bakı Sağlamlıq Mərkəzi”nin tikilməsi üçün Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 5 milyon manat vəsait ayrılmasının təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.