Modern.az

Türkiyədə azərbaycanlı gənc dənizdə boğuldu

Türkiyədə azərbaycanlı gənc dənizdə boğuldu

Təhsil

9 Avqust 2010, 10:11

Türkiyənin Bəyoğlu vilayətində sərinləmək üçün dənizə qərq olan azərbaycanlı gənc suda boğulub. Modern.az türk mətbuatına istinadən xəbər verir ki,  dostları onu xilas etmək istəsələr də buna nail ola bilməyiblər. Səbəb isə hadisəinin dənizin bataqlıq hissəsində baş verməsidir.

20 yaşıl azərbaycanlı Sadıx Əliyevin üzərində çimərlik paltarı deyil,  şalvar olub. Bir neçə dəqiqədən sonra dostları Əliyevin suda batmaq üzrə olduğunu görüblər. Lakin Sadıxı sudan çəkib qurtarmaq istəyən dostları suyun dibi bataqlıq olduğu və üstəlik də onun əynindəki paltarın ağır olması üzündən buna nail ola bilməyiblər. Şahidlər qeyd ediblər ki, dənizin bu hissəsinin   çimmək üçün təhlükəli olmasına dair xəbərdarlıq olmasına baxmayaraq, buna əməl olunmayıb.    Nəticədə soydaşımız sahildə istirahət edən yüzlərlə insanın gözləri qarşısında suda batıb. Sahildəkilər Əliyevin meyitini axtarıb tapmaq üçün sahil xilasetmə xidməti və dəniz polisini  çağırıblar. Yalnız bir saatlıq axtarışdan sonra polisə məxsus dalğıclar Sadıxın cansız bədənini tapıblar.

Axtarış işləri davam edərkən Sadıxın qohumları sahilə gəliblər.  Baş verənlərdən sonra əsəb gərginlyi  keçirən onlardan biri özündən gedib.

Sahildəkilər soydaşımızı xilas etmək istədiklərini, lakin bunu bacara bilmədiklərini təəssüflə bildiriblər. Məlumata görə, dəniz polisi çağırışdan 45 dəqiqə sonra gec gəlib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı