Modern.az

Bakıda metro qatarları necə təmizlənir?

Bakıda metro qatarları necə təmizlənir?

Təhsil

13 Noyabr 2014, 11:06



Bakıda ən çox istifadə olunan ictimai nəqliyyat metrodur. Mənzil başına tələsənlər günün hər saatında metrodan istifadəyə üstünlük verirlər. Metro stansiyaları, eləcə də qatarlar həm də təmizlik baxımından insanların istifadəsi üçün sərfəlidir. Maraqlıdır, ümumən metroda təmizlik məsələsi necə həll olunur?

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Modern.az saytına deyib ki, qatarlar depoya gedəndə təmizlik işləri aparılır. Onun sözlərinə görə, istər vaqonlar, istərsə də stansiyalar hər gün təmizlənir. Bu işə xadimələrin cəlb olunduğunu deyən N. Paşayev bildirib ki, vaqonlar depoya gedəndə başdan ayağa müxtəlif təmizlik ləvazimatları ilə yuyulub, təmizlənir: “Platformaların, mərmərlərin, vaqonların, tutacaqların, oturacaqların təmizliyinə xüsusi diqqət edilir. Hətta eskalatorlar da  təmizlənir”.  

N. Paşayev qeyd edib ki,  vaqonların və stansiyaların, digər  xidməti vasitələrin təmizlənməsi üçün xüsusi avadanlıqlar  var.  


Məltəm TALIBZADƏ

     
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı