Modern.az saytı xəbər verir ki, AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı öz ərizəsi ilə işdən ayrılıb. Bu barədə onun özü məlumat verib:
“Başqa işə keçdiyimə görə AMEA nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri kimi fəaliyyətimi dayandırmışam. Mətbuat xidmətinə rəhbərlik etdiyim müddətdə Mərkəzin mətbuatla əməkdaşlığının yüksək səviyyədə qurulması prosesində yaxından iştirak etdiyinə və səmərəli əməkdaşlığa görə hər bir media orqanına, jurnalist həmkarlarıma ayrı-ayrılıqda təşəkkür edirəm! Seysmoloji Xidmət Mərkəzi mənə çox dəyərli insanların, ziyalıların çalışdığı yer kimi hər zaman doğma ocaq olub və bundan sonra da belə qalacaq”.
Gülşən RAUFQIZI