“İlham Mirzəyevin Bakı İstintaq Təcridxanasının sanitar hissəsində müalicəsi davam edir. Səhhətində hələ də problem var”. Bunu Modern.az-a teleaparıcının vəkili Xanlar Bayramzadə bildirib:
“Saxlanma şəraiti normaldır, ailə üzvlərinin görüşməsinə də heç bir maneə yoxdur. Müəyyən vaxtlarda ona baş çəkirlər”.
Vəkil məhkəmə qərarından apelyasiya şikayəti verildiyini, amma gün təyin olunmadığını da söyləyib.
Oktyabr ayının 14-də Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanan cinayət işi üzrə proses başa çatıb. O, məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Gülşən RAUFQIZI