
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə milli komandanın baş məşqçisi, təcrübəli mütəxəssis Fateh Terimi müdafiə edib.
Modern.az türk mediasına istinadən xəbər verir ki, mərasimlərin birində jurnalistlərin bu istiqamətdə olan sualına Ərdoğan özünəməxsus cavab verib.
O, Türkiyənin Braziliya oyununda böyük hesablı məğlubiyyətindən söz açaraq burada Fateh Terimin heç bir günahı olmadığını bildirib: “Fateh Terim çox uğurlu və bacarıqlı məşqçidir. əgər futbolçu oynamırsa onun özü meydanda futbol oynayan deyil ki?!”
Elmin Nuri