Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna rəhbəri Pyotr Poroşenko ilə Kiyevdə görüşüb. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Mixail Saakaşvili ona Ukraynanın baş nazirinin birinci müavini vəzifəsini təklif etdiyinə görə Pyotr Poroşenkoya təşəkkür edib. Bu barədə Mixail Saakaşvili “Rustavi 2” telekanalına bildirib.
O, vəzifədən imtina etməsinin səbəblərini açıqlayıb. Mixail Saakaşvili qeyd edib ki, vəzifəyə gəlmək üçün Ukrayna vətəndaşlığına keçmək lazımdır.
“Mən isə Gürcüstan vətəndaşlığından çıxmaq istəmədim və bu təklifdən imtina etdim”,-deyə sabiq prezident söyləyib.
Modern.az