Modern.az

Məktəblərdə süni intellekt tətbiq olunacaq: İki milyon manat ayrılır

Məktəblərdə süni intellekt tətbiq olunacaq: İki milyon manat ayrılır

Təhsil

Bu gün, 12:20

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib.

Modern.az oxu.az-a istinadən məlumat verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin elan etdiyi satınalmanın ehtimal olunan qiyməti 2 milyon 499 min 299 manatdır.

Tender sənədlərinə əsasən, bu çərçivədə üç əsas istiqamət üzrə xidmətlərin göstərilməsi nəzərdə tutulur: təhsil müəssisələri üçün süni intellekt əsaslı davamiyyət və giriş-çıxışa nəzarət platformasının hazırlanması; şagirdlər üçün adaptiv və fərdiləşdirilmiş öyrənmə; müəllimlər üçün isə avtomatlaşdırılmış qiymətləndirmə platformasının yaradılması planlaşdırılır.

Bundan başqa, generativ süni intellekt əsaslı tədris köməkçisi platformasının genişləndirilməsi və təkmilləşdirilməsi də satınalma predmetinə daxildir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Başqırdıstan da vuruldu - Ukraynadan Rusiyaya şok zərbələr