Modern.az

İŞİD 3 ilə məhv ediləcək – AÇIQLAMA

İŞİD 3 ilə məhv ediləcək – AÇIQLAMA

Təhsil

19 Dekabr 2014, 01:00


Koalisiya qüvvələrinin İŞİD-ə qarşı apardığı əməliyyatlar hələ 3 il davam edə bilər. Modern.az saytının məlumatına  görə bunu İŞİD-ə qarşı mübarizədə iştirak edən hərbi qüvvələrin baş komandanı Ceyms Terri deyib.

O, Pentaqonda  jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, İŞİD-ə qarşı mübarizədə səbrli olmaq vacibdir.  

Generalın sözlərinə görə İŞİD-in mövqeləri artıq zəifləmək üzrədir.

Ceyms Terri qeyd edib ki, 1500 ABŞ hərbçisi yaxın vaxtlarda İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmək üşün İraqa gedəcək.  

Qeyd edək ki, İŞİD Suriya və İraqda terror törətməkdə davam edir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə